Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123720
az

Əhaliyə xəbərdarlıq: noyabrın 25-i...

15:0023 Noyabr, 2024
32
CƏMİYYƏT
  • A

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən OXU24.COM -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qarabağ və Şərq-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq-Şirvan) leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan 26-sı səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA
Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı
Bakıya qarın yağmamasının SƏBƏBİ BİLİNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU