Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123719
az

Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü

14:5423 Noyabr, 2024
27
DÜNYA
  • A

 

Noyabrın 16-na keçən gecə Kişinyovda məşhur moldovalı ifaçı İqor Kuçukun yeganə qızı 17 yaşlı Andrea Kuçuk yerli əyləncə klublarından birində ölüb.

OXU24.COM  Bakı.vs-ə istinadla xəbər verir ki, faciəli hadisə qızın oxuduğu Stefan Neaga adına musiqi kollecində birinci kurs tələbələrinin əyləncəsindən sonra baş verib.

Klubdakı bayramın qeyri-rəsmi hissəsində Andrea sinif yoldaşları ilə rəqs edərkən qəfildən halı pisləşib. Qız huşunu itirərək yıxılıb.

Hadisə yerinə iki təcili yardım briqadası cəlb olunub. Həkimlər 52 dəqiqə ərzində intensiv terapiya aparıb və ürək-ağciyər fəaliyyətini bərpa etməyə çalışıblar. Bütün səylərə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb.

Sonradan məlum olub ki, Andreanın ürəyində problemlər olub və təxminən beş il əvvəl o, əməliyyat olunub. Ölümün ilkin səbəbi ürək dayanmasıdır. Kişinyov polisi faktla bağlı araşdırmalara başlayıb.

Andrea Kuçuk ailəsində yeganə uşaq olub. O, atasının yolu ilə gedib və musiqi karyerasında ilk addımlarını atası ilə həm solo, həm də duet şəklində ifa edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı TƏHDİD EDİR
İsrail Azərbaycana yeni səfir təyin etdi -FOTO
Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir