Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123717
az

Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?

14:2123 Noyabr, 2024
53
DÜNYA
  • A

ABŞ Federal Ehtiyat Sistemi (FED) Amerikanın noyabr ayı üzrə maliyyə sabitliyi hesabatını dərc edib.

Publika.az xəbər verir ki, hesabatda ABŞ-ın maliyyə sabitliyi üçün ən böyük riskin ölkənin maliyyə borclarının davamlılığı olduğu vurğulanıb.

Bildirilib ki, xəzinədarlıq emissiyalarının artırılması özəl investisiyalara mane ola və mümkün iqtisadi tənəzzül zamanı siyasi reaksiyaları məhdudlaşdıra bilər.

Hesabata görə, Yaxın Şərqdəki gərginlik ABŞ-ın maliyyə sabitliyi üçün risklər sırasındadır.

Bundan əlavə, əvvəlki hesabatlarda tez-tez bəhs edilən siyasət qeyri-müəyyənliyinin də risk faktorları arasında olduğu bildirilir.

Siyahının başında ABŞ-ın tənəzzülə getmə ehtimalının olduğu bildirilib. Bununla belə, qlobal ticarətlə bağlı risklərin əvvəlki sorğu ilə müqayisədə daha tez-tez vurğulandığı qeyd edilib.

Çin iqtisadiyyatının daha da zəifləməsi ehtimalı da qlobal maliyyə sisteminə mümkün təsirləri baxımından əhəmiyyətli risk hesab edilib. Eyni zamanda böyük maliyyə qurumuna kiberhücum ehtimalı ciddi nəticələrə səbəb ola biləcək risklər sırasına daxil edilib.

Hesabatda bildirilib ki, ABŞ maliyyə sistemi qlobal ticarət, geosiyasi gərginlik və daxili dinamikadan çoxşaxəli risklərlə üzləşir. Borc davamlılığı və tənəzzül riski kimi mövzular ABŞ-ın maliyyə sabitliyi üçün həllini gözləyən prioritet məsələlər sırasındadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
Rusiyada dollar və avro YENƏ BAHALAŞDI
Bu ölkə baza valyutasını dəyişdi -Dollardan İMTİNA ETDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb