Qaynar xətt:

(+99450) 247 90 86

Bayramov Berbokla görüşdü- Fotolar

SİYASƏT

68

22.11.2024, 16:55

Xarici işlər naziri Ceyhun Bayramov COP29 iqlim sammiti çərçivəsində almaniyalı həmkarı Annalena Berbokla danışıqlar aparıb.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. 

Tərəflər görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə olan məsələləri, eləcə də COP29 çərçivəsində davam edən danışıqları müzakirə ediblər.