Lənkəranda səkkizi kişi və biri qadın olmaqla 9 nəfər itlərin hücumuna məruz qalıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Oxu.Az-ın regional müxbirinin məlumatına görə, hadisə Liman şəhəri ərazisində baş verib.
Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib.
1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü, Liman şəhər sakini Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilk yardım göstərildikdən sonra zərərçəkənlərin bəziləri evə buraxılıb. Onların hamısına sabah quduzluğa qarşı vaksin vurulacaq.
Quduz itin zərərsizləşdirildiyi bildirilib.
Oxu24.com
ŞƏRHLƏR