Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123672
az

"Bu, İsrail rejiminin siyasi ölümündən xəbər verir"- SEPAH lideri

15:4622 Noyabr, 2024
16
DÜNYA
  • A

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri və keçmiş müdafiə nazirinin həbsinə order verməsi İsrail rejiminin siyasi ölümündən xəbər verir. 

Oxu24.com  xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami deyib. 

"İsrail rejiminin hakimiyyət orqanlarının həbsinə dair qərar bu rejimin siyasi ölümünə işarədir. Dünya bu cinayətkar rejimin üzünə qapılarını bağladı", - deyə Salami bildirib.

Qeyd edək ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO