Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123667
az

Borca görə 15 dostunu zəhərləyib ÖLDÜRDÜ

15:2322 Noyabr, 2024
27
KRİMİNAL
  • A

Banqkokda yaşayan Sararat Rangsivuthaporn adlı 36 yaşlı qadın 15 dostunu zəhərləyərək öldürüb. 

Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, Tailandda baş verən hadisə hər kəsin diqqətini çəkib. 

Məlumata görə, qadın mütəmadi şəkildə qumar oynayırmış. Və bu səbəbdən bütün pullarını oyunda itirib. Qumara görə dostlarından borc alan Sararat nə az, nə də çox 15 nəfərin həyatına son qoyub.  Belə ki, dostları ondan pullarını geri istəyəndə qadın qurbanlarına sianid (Sianid sürətlə təsir edən, potensial öldürücü kimyəvi maddədir,-  red.) tərkibli içki verib. 

Polis kütləvi qətlin üstünü Sararatın sonuncu - yəni 15-ci öldürdüyü şəxsin qətlini gizlədərkən aşkar edib.  

Hüquq-mühafizə orqanları bildirir ki, Sararat qumar aludəçiliyini maliyyələşdirmək üçün qurbanlarından borc pul alıb və onları kimyəvi maddələrlə zəhərləyərək öldürüb. Onun cinayətindən sağ çıxan da olub. 

Sağ qalan qurbanlardan biri ifadəsində bildirib ki, "Sararat onu bitki tərkibli içkini içməyə məcbur etməyə çalışıb", lakin o, sözügedən içkini içməyib.  Sararat 80-ə yaxın ittiham üzrə mühakimə olunub və edam cəzasına məhkum edilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı