Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123648
az

Tramp Ağ Evə gələnə qədər yeni status-kvonu yaradacaq

20:1422 Noyabr, 2024
15
DÜNYA
  • A

Son hadisələr, o cümlədən Rusiyanın Ukrayna ərazisinə ən son “Oreşnik” orta mənzilli raket kompleksi ilə zərbə endirməsi Donald Tramp Ağ Evə gələnə qədər yeni status-kvonu yaradacaq.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.

 

Nəşr xatırladıb ki, Tramp seçki kampaniyası zamanı Ukrayna münaqişəsinə 24 saat ərzində son qoyacağına söz verib.

 

Məqalə müəllifləri yazır ki, Tramp rəsmi olaraq ABŞ prezidenti vəzifəsini icra edən yanvara qədər onun variantları “ağır sövdələşmədən” “Ukraynanı parça-parça olmaq üçün təslim etməyə” qədər uzanacaq.

 

Ukrayna prezidenti bu həftə Rusiyanın yeni “Oreshnik” ballistik raketindən istifadə etməsindən sonra müttəfiqlərini daha sərt cavab verməyə çağırıb. Onun sözlərinə görə, “Rusiyanı həqiqi sülhə məcbur etmək üçün” reaksiya vermək lazımdır ki, bu da yalnız güc yolu ilə mümkündür. Əks halda, Zelenski hesab edir ki, “sonsuz Rusiya zərbələri” davam edəcək. 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Zelenskinin Oreşnik hücumuna cavab çağırışını ələ salmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək

Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
Rusiyada yeni metro açılacaq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü