Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123600
az

Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - -DETALLAR

09:5022 Noyabr, 2024
48
CƏMİYYƏT
  • A

Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər. Bəs proses necə aparılır?

OXU24.COM  xəbər verir ki, nikaha daxil olacaq vətəndaşlar əvvəlcə tibbi müayinədən keçməlidirlər. Müayinədən 14 gün sonra qan analizinin nəticələri avtomatik olaraq "mygov" platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. Daha sonra "mygov" tətbiqində "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçimini və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçirsiniz.

Bununla da sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək, nikah qeydiyyatı üçün müraciətini davam etdirir. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçirsiniz, məlumatlarınızı təsdiqləyirsiniz.

30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status "Tamamlanıb" olaraq göründüyü zaman 10 AZN məbləğində dövlət rüsumunu ödəməlisiniz. Şəhadətnaməniz hazır olduqda seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz. Nikah haqqında şəhadətnaməni fiziki olaraq aldıqdan sonra vətəndaşlar rəqəmsal formada da "mygov" tətbiqində "Ailə məlumatlarım" hissəsində bu sənədi əldə edə biləcəklər.

Ətraflı süjetdə:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU
Nazir xəsarət alanların son vəziyyətini AÇIQLADI
Sabah sükut olacaq

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı