Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123568
az

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Qəzzada atəşkəs qətnaməsinə veto qoymasına cavab verib

18:3421 Noyabr, 2024
41
DÜNYA
  • A

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-ın hərəkətləri Yaxın Şərqdə və dünyanın digər yerlərində vəziyyətin pisləşməsinin əsas və yeganə səbəbidir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Departament bildirib  ki, Birləşmiş Ştatların Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra Rusiya dərhal atəşkəs əldə olunması naminə BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq forumlarda fəal işi davam etdirmək niyyətindədir.

“Yaxın Şərqdə və dünyanın digər regionlarında zorakılığın artmasının və milyonlarla mülki insanın əzab çəkməsinin əsas və faktiki olaraq yeganə səbəbi Birləşmiş Ştatların hərəkətləri olduğuna dair heç bir illüziya və ya şübhə qalmayıb.  Rusiya BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq platformalarda dərhal atəşkəs əldə olunması, qarşıdurmanın daha da genişlənməsinin qarşısının alınması, ərəb-İsrail münaqişəsi zonasında hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda davamlı və uzunmüddətli sülh və təhlükəsizliyə nail olunması istiqamətində fəal səylərini davam etdirəcək. ", - Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Bu yaxınlarda Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri tərəfindən irəli sürülmüş Qəzzada “dərhal, qeyd-şərtsiz və davamlı” atəşkəs və əsir götürülən şəxslərin azad edilməsini tələb edən qətnaməni rədd edib. Bundan sonra Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya Rusiya tərəfinin Amerikanın vetosundan şoka düşdüyünü bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Tramp Panama kanalının ABŞ bayrağı ilə çəkilmiş fotosunu yayımlayıb
Gürcüstan prezidenti hakim partiyanı “rejimin süqutu” ilə hədələyib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi