Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123555
az

Ceyhun Bayramov misirli həmkarı ilə telefonla danışdı

16:4021 Noyabr, 2024
40
SİYASƏT
  • A

Noyabrın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Misir Ərəb Respublikasının xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdelati arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Misir arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində əlaqələndirmə işlərinin təkmilləşdirilməsi, ölkələrimizin maraqlarına daxil olan istiqamətlərdə birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında aparılan müzakirələr, qlobal əhəmiyyətli bu tədbirin iqlim dəyişmələri ilə mübarizə sahəsində rolu və yaşıl enerji sahəsində Azərbaycan-Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bələdiyyə seçkilərinə dair    Təqvim Planı     təsdiq       edildi
Yeni xanım     rektor      kimdir?
Rəsmi Bakıdan İsraillə Livan arasında atəşkəsə dair- Açıqlama

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı