İspaniya millisinin sabiq üzvü, "Uestern Sidney Uonderers"in (Avstraliya) yarımmüdafiəçisi Xuan Mata ABŞ-ın "San Dieqo" klubunun ortaq sahiblərindən birinə çevrilib.
Oxu24.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb .
Bildirilib ki, 36 yaşlı futbolçu "San Dieqo"nun səhmlərinin bir hissəsini alıb.
Mata MLS-də mülkiyyət payına sahib olan ilk aktiv beynəlxalq oyunçudur.
Qeyd edək ki, Mata 2009-2016-ci illərdə İspaniya millisində oynayıb. O, klub karyerası ərzində "Real"ın B komandasında.həmçinin "Valensiya", "Çelsi", "Mançester Yunayted", "Qalatasaray" və "Vissel Kobe"də çıxış edib.
Oxu24.com
ŞƏRHLƏR