Ukrayna ABŞ prezidenti Co Bayden administrasiyasından Rusiya ərazisinə zərbələr endirmək üçün 2400 kilometr mənzilli “Tomaqavk” raketlərinin istifadəsinə icazə verməsini xahiş edə bilər.
Oxu24.com xəbər verir ki, bu barədə Ali Radanın Milli Təhlükəsizlik Məsələləri Komitəsinin sədr müavini Yeqor Çernev Politico-ya müsahibəsində danışıb.
Nəşrin məlumatına görə, Ukrayna hakimiyyəti Donald Tramp Ağ Evə qayıtmazdan əvvəl Amerika silahlarından istifadə imkanını nəzərdən keçirir. “Politico” yazır ki, Kiyev Rusiyadakı müdafiə zavodlarına hücum etmək üçün “Tomaqavk” raketlərindən istifadə etməyi düşünür.
Ukrayna hakimiyyəti Tomahawk-ın mövcudluğunu rəsmi olaraq açıqlamayıb. Bu raketlərin uçuş məsafəsi 2400 kilometrdir ki, bu da ATACMS raketlərinin radiusundan yeddi dəfə çoxdur.
Nigar
Oxu24.com
ŞƏRHLƏR