Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123538
az

NATO Kiyevə niyə kömək etdiklərini açıqlayıb

14:3021 Noyabr, 2024
43
DÜNYA
  • A

NATO-ya üzv dövlətlər Ukraynaya yardımı xeyriyyə məqsədilə deyil, öz strateji maraqları naminə edir.

 

Oxu24.com xəbər verir  ki, bunu “El Mundo” nəşrinə müsahibəsində alyansın baş katibinin müavini vəzifəsini icra edən Boris Ruge deyib.

 

“Biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Bu, mərhəmət məsələsi olduğuna görə yox, [NATO-nun] strateji maraqlarına uyğun olduğuna görə”, o bildirib.

 

Ruge deyib ki, NATO Ukraynaya qələbə qazanmağa kömək etməlidir. O, həmçinin xatırladıb ki, alyansın Şərqi Avropada sabitliyi qorumağa hazır olan yüz minlərlə hərbi qulluqçusu var.

 

Bu arada ukraynalı siyasətçilər NATO-dan təkcə hərbi yardım deyil, həm də alyansa tamhüquqlu üzvlük tələb etməkdə davam edirlər. Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev bildirib ki, Ukrayna münaqişəni dondurmağa razı ola bilər, ancaq təhlükəsizlik zəmanəti, o cümlədən Kiyevin NATO-ya üzvlüyü müqabilində.

 

Bundan əvvəl Zelenski NATO-ya qoşulmağın Ukrayna üçün həyati əhəmiyyət daşıdığını bildirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahu Mossad rəhbərini danışıqlara göndərir?
Ərdoğan Türkiyədə terror üzərində mümkün qələbəni açıqlayıb
Bajanov vəfat edib

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb