Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123516
az

"Hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırıram"- COP29-un Prezidenti

12:4121 Noyabr, 2024
59
CƏMİYYƏT
  • A

Su iqlim problemlərinin aradan qaldırılmasında həlledici rol oynayır. Buna baxmayaraq uzun illər su problemi qlobal iqlim müzakirələrindən kənarda qalmışdı.

Oxu24.com  xəbər verir ki, bu fikirləri “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” mövzusunda yüksəksəviyyəli tədbirin açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev deyib.

O qeyd edib ki, susuzluq problemi COP29 müzakirələrinin prioritet məsələlərindən biridir: “İqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllində susuzluq probleminə bütün aspektlərdən nəzər yetirməliyik. Çünki su həyatdır. Məhz bu səbəbdən COP29 Sədrliyi su məsələsini prioritetə çevirib.

Düşünürəm ki, dialoqları sürətləndirmək tərəfdaşlığın artırılmasına təkan verəcək. Biz iqlim fəaliyyəti çərçivəsində su tərəfdaşları tapmalıyıq. Fəaliyyətlərə təkan üçün Bakı Dialoqu mühümdür. Burada davamlılıq təmin olunmalıdır. Hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırıram”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün həlak olan əsgərin FOTOSU

Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı