Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123509
az

"İqlim dəyişmələri gender əsaslı bərabərsizlikləri dərinləşdirir"- Muxtar Babayev

11:4221 Noyabr, 2024
32
CƏMİYYƏT
  • A

Bu gün COP29-un gender bərabərliyinə həsr olunmuş tematik günüdür. Bu gün gender bərabərliyinin təkcə fundamental insan hüququ deyil, həm də effektiv və ədalətli iqlim fəaliyyətinin təməl daşı olduğunu qlobal arenada xatırladır. Bildiyimiz kimi, iqlim dəyişikliyinin təsirləri neytral deyil. Onlar mövcud bərabərsizlikləri, o cümlədən gender əsaslı bərabərsizlikləri dərinləşdirir. Qadınlar və qızlar xüsusilə həssasdırlar.

Oxu24.com  xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bir-biri ilə əlaqəli iqlim və biomüxtəliflik böhranları milyonlarla insanı yoxsulluğa sürükləyə və ərzaq təhlükəsizliyinə səbəb ola bilər. Qadınlar və qızlar, həmçinin həll yollarının ön cəbhəsindədirlər, iqlim çağırışlarının həllində davamlılıq, innovasiya və liderlik nümayiş etdirirlər. Bu, qadınların rolunu təkcə iqlim fəalları kimi deyil, həm də cəmiyyətimizin ürəyi, analarımız, bacılarımız və qızlarımız kimi tanımağı və qiymətləndirməyi həyati əhəmiyyətli edir. Onların səsləri və töhfələri icmalarımızın təməlini formalaşdırır və davamlı gələcək üçün baxışımızın mərkəzində olmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumənin meyiti tapıldı
Sağ qalan bələdçi Aydanın xəstəxanadan - Görüntüləri
Sağ qalanlardan 12 nəfər bu gün     ölkəyə      gətirilir

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı