Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123451
az

Acun Ilıcalıya qarşı istintaq

16:5920 Noyabr, 2024
75
ŞOU-BİZNES
  • A

İstanbul Respublika Prokurorluğu, mediaçı və "Fənərbaxça" İdman Klubunun sədr müavini Acun Ilıcalı haqqında "qanunsuz mərc oyunları reklamı və tanıtımı" ittihamı ilə istintaq başlatdı.

Oxu24.com  xəbər verir ki, dünən Acun Ilıcalının sahibi olduğu TV8-də Milli Futbol Komandası ilə Monteneqro matçının yayımı zamanı stadionun ətrafındakı reklam lövhələrində qanunsuz mərc saytının reklamı yayımlanıb.

Məsələ sosial mediada gündəm olandan sonra Acun Ilıcalı şəxsi sosial media hesabında paylaşım edib.

Ilıcalı bildirib ki, xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur.

3 il əvvəl TRT-də yayımlanan milli matçda da oxşar vəziyyətin yaşandığını xatırladan Ilıcalı bu açıqlamanı verib:

"İsrarla başa düşməyən, anlamaq istəməyən və ya problem istəyənlər üçün bir daha deyək. Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına aiddir. Necə ki, Türkiyədə oynanan milli matçların reklam lövhələri Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro-Türkiyə matçının meydançadakı reklam lövhələrinin satışı Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. TV8-in bu hadisə ilə heç bir əlaqəsi yoxdur. "

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aparıcının halı pisləşdi - Təcili xəstəxanaya!
Türkiyəli müğənni       xəstəxanaya      yerləşdirildi
Onların əvvəllər evli olması marağa səbəb oldu- Foto

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb