Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123425
az

Vəsiyyət: “Ölümümdən sonra fəxri ad versələr, götürməyin”

14:2020 Noyabr, 2024
45
  • A

“Aygün xalqın gözündə Xalq artisti idi, çünki ona olan sevgi o həyatda olmasa da bu gün belə azalmayıb”.

Oxu24.com  azxeber.com-a istinadən xəbər verir ki, bunu mərhum Əməkdar artistin bacısı Zümrüd Aygün (Hümbətova) deyib.

O, ölümündən sonra Aygün Bəylərə Xalq artisti adı verilməsi təklifi ilə bağlı danışıb:

“Belə bir təklif rəsmi şəkildə olmadı. Heç gözləmirdik də. Aygün konsertdən öncə mənimlə bu haqda danışmışdı. Bu adı çox istəyirdi. Deyirdi ki, konserti gözləyirəm, bitsin, mənə Xalq artisti adı verəcəklər. Hər bayramda günləri sayırdı. Sonra ki, halı dəyişdi, vəziyyəti ağırlaşdı. Türkiyəyə gedənə yaxın dedi ki, birdən mənə bir şey olsa, ölümümdən sonra ad versələr, götürməyin!”

Bacısı Əməkdar artistin Suraxanı qəbiristanlığında dəfn olunma vəsiyyətindən də danışıb:

“Aygün küsmüşdü. Ona görə də vəsiyyət elədi ki, məni Yeni Suraxanı qəbiristanlığında dəfn edin, Fəxri xiyabanı istəmirəm. Ona görə də vəsiyyətini yerinə yetirdik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Doğa”nı bəyənmədilər...- Foto
Sərvət sahibi olsalar da, az vergi ödəyirlər...- Siyahı
“O Ses Türkiye” bu      tarixdə        yayımlanacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu