Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12341
az

Azərbaycanda iki nəfər it dişləməsindən ölüb: Günah özlərindədir

13:0424 Aprel, 2019
718
KRİMİNAL
  • A
 
Azərbaycanda bu il iki nəfər quduzluq faktının qurbanı olub.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

O bildirib ki, quduzluqdan ölüm faktına səbəb peyvəndə qeyri-ciddi yanaşılması olub:


“Quduzluqdan ölənlərdən biri öz iti tərəfindən həyətdə cırmaqlanıb. Həmin şəxs bunu təhlükəli hesab etməyib və dərhal tibb müəssisələrinə peyvənd üçün müraciət  etməyib. İkinci hal da bu yaxınlarda Ağstafada oldu, bu da həmin şəxsin öz günahı idi. Peyvəndləri sona qədər almamışdı”.

Qurum rəsmisi deyib ki, it dişləmə halında insanlar mütləq poliklinikaya müraciət etməlidirlər.

“Xüsusən də sahibsiz itlər küçələrdədir, onlar peyvənd olunmayıb. Dişləmə halı varsa, insanlar müraciət edib, müalicə olunmalıdır”.

A.Əliyeva ötən həftə quduz it hücumuna məruz qalan dörd yaşlı uşaq haqqında da danışıb:

“Ola bilər ki, həmin itin quduz olduğu təsdiqlənib. Lakin bu, hələ heç nə demək deyil. Uşağın peyvəndləri ardıcıllıqla aparılmalıdır. Mütləq bütün prosedurlara riayət olunmalıdır. Uşağın vəziyyəti aldığı travmalarla bağlı çətindir. Uşaqda quduzluq əlamətləri yoxdur”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suraxanıda 35 yaşlı kişi evində döyüldü
Azərbaycanda HOTELDƏ ÖLÜM
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı