Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123365
az

Amerika və Ukrayna rəsmiləri ATACMS-in Rusiyaya qarşı istifadə edildiyini təsdiqləyiblər

18:5219 Noyabr, 2024
44
DÜNYA
  • A

Ukrayna Amerikanın ATACMS raketləri ilə Bryansk bölgəsinə hücumu ilə Qərbin Kiyevi silahla təmin etməsinin “öz bəhrəsini verəcəyini” göstərmək istəyir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə The New York Times məlumat yayıb.

 

“(Ukrayna – redaktorun qeydi) Qərb müttəfiqlərinə göstərməyə çalışır ki, daha güclü və müasir silahların verilməsi Rusiya qüvvələrini zəiflətməklə öz bəhrəsini verəcək”, - nəşr yazır.

 

Qəzetin yazdığına görə, yüksək rütbəli Amerika və Ukrayna rəsmiləri ATACMS-in Rusiyaya qarşı istifadə edildiyini təsdiqləyiblər.

 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bryansk bölgəsinə ATACMS raketləri ilə hücumların Qərbin eskalasiya istədiyinin siqnalı olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rusiya ABŞ-ın Kiyevə Rusiya ərazisinə dərindən zərbələr endirməsinə icazə vermək qərarına müvafiq reaksiya verəcək.

 

Əvvəllər Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsindən narazı idi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran səfiri Fransa XİN-ə çağırıldı
Aİ və Aİİ arasında qalan İrəvan – Paşinyan Brüsselin çətiri altına girir
"Anadolu" agentliyinin operatoru Qəzzada həlak oldu - Foto

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü