Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12335
az

Qardaş evə gec gələn bacısını belə cəzalandırdı – BAKIDA DƏHŞƏT

10:4724 Aprel, 2019
1500
  • A
 
2017-ci ilin may ayında Bakının Yasamal rayonunda bacısını qətlə yetirən 1986-cı il təvəllüdlü Məsimov Anar Akif oğlu Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq məqsədi ilə adam öldürmə maddəsi ilə təqsirli bilinən A.Məsimov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Lakin Bakı Apelyasiya Məhkəməsi qərarı dəyişdirməyib. Bu səbəbdən A.Məsimov Ali Məhkəməyə üz tutub, onun işinə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. Məlumata görə, hadisə 2017-ci ilin may ayında baş verib.Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında sakini 31 yaşlı Anar Məsimov qısqanclıq zəminində bacısı, 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib. Nigar Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş. İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isə bu iradlara məhəl qoymayıb. Ötən gün növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb.
Bundan hiddətlənən Anar Məsimov mətbəx bıçağı ilə bacısına bir neçə zərbə vuraraq onu qətlə yetirib. Hadisədən sonra evi tərk edən Anar Məsimov Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü