Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123349
az

"Dövlət bağçalarında uşaq psixoloqu ştatı yaradılmalıdır" -Səbinə Əliyeva

15:3419 Noyabr, 2024
44
CƏMİYYƏT
  • A

Uşaqların gələcəkdə sağlamlıq və sosial risklərə məruz qalma ehtimalının qarşısının alınması məqsədilə büdcədən maliyyələşdirilən dövlət uşaq bağçalarında və körpələr evi-uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsi təklif edilib. 

Oxu24.com  xəbər verir ki, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılması, habelə peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi vacibdir.

Ombudsman eyni zamanda bir sıra təkliflərlə də çıxış edib: “Aztəminatlı ailələrin və həssas qrupların uşaqlarına məktəblərdə dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə komplekt şəkildə dövlət hesabına verilməsi yaxşı olardı. Həmçinin körpələr evi, bağça-körpələr evi və uşaq evlərində qida normalarının müasir standartlara uyğunlaşdırılmalıdır. Bundan başqa, ixtisaslaşdırılmış tibb müəssisələrində narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə müvafiq şöbə yaradılmalıdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Baş nazir qərar İMZALADI
Yeni informasiya sistemi yaradıldı - REİS

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Azərbaycanda 15 yaşlı qız intihar etdi