Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123344
az

“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”

15:0019 Noyabr, 2024
47
CƏMİYYƏT
  • A

“Müharibə veteranlarına ödənilən təqaüdün məbləği artırılmalıdır”.

Oxu24.com  xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

“Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır. 

Eyni zamanda, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması zəruridir”, - deyə Səbinə Əliyeva qeyd edib. 

Qeyd edək ki, sözügedən təqaüdün məbləği 80 manatdır. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO