Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123338
az

Onkoloji xəstəliklərin icbari tibbi sığortaya salınması üçünhökumətə təklif veriləcək

14:3019 Noyabr, 2024
43
CƏMİYYƏT
  • A

"Səhiyyə sahəsində aparılan islahatlarla yanaşı bir sıra problemlərin olmasını heç kim inkar etmir. Bu sahədə təkmilləşmə işləri aparılır. Onkoloji xəstəliklərlə bağlı məsələ cəmiyyəti narahat edən məsələdir. Növbəti il üçün bu sahəyə 60 milyon manata yaxın vəsait ayrılıb".

Oxu24.com  xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında maliyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu məsələyə instutisional yanaşmaya ehtiyac var: "Biz aidiyyəti dövlət qurumları ilə birgə baxmalıyıq ki, hansı yollarla bu istiqamətə vəsait ayıra biləcəyik. Sizi əmin etmək istərdim ki, yaxın vaxtlarda müəyyən təkliflər hazırlanıb hökumətə təqdim olunacaq".

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmasını təklif edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan onu Azərbaycana səfir göndərdi
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü