Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123317
az

Tbilisidə aksiyanın dağıdılması zamanı 16 nəfər saxlanılıb

18:1119 Noyabr, 2024
43
  • A

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə müxalifətin aksiyasının dağıdılması zamanı 16 nəfəri inzibati qaydada saxlayıblar.

 

Oxu24.com  bu barədə idarənin mətbuat xidmətinə istinadən xəbər verir.

 

Qeyd olunur ki, 16 nəfərdən üçü zaminə buraxılıb.

 

Noyabrın 19-da səhər saatlarında Gürcüstan paytaxtında müxalifət tərəfdarlarının etiraz aksiyaları başlayıb.

 

Polis etirazçıları geri itələməyə və yolu təmizləməyə çalışır. Nümayişçilər müqavimət göstərsə də, hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edir.

 

Bir gün əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını parlament seçkilərinin nəticələrinə etirazlarını davam etdirməyə çağırıb.

 

Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Nəticədə hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib. Lakin müxalifətin bir sıra siyasi birlikləri seçkinin nəticələrini qəbul etməyib, Dəyişiklik Koalisiyasının üzvləri hətta deputat mandatlarından belə imtina ediblər.

 

Bundan əvvəl Gürcüstanda prezident seçkilərinin nə vaxt keçirilə biləcəyi məlum olub.

 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Egey dənizində güclü zəlzələ baş verdi
Daha bir ölkə ÜST-dən çıxır
Parisdə bomba həyəcanı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto