Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsində intihar hadisəsi baş verib.
Oxu24.com -un
ONA-ya istinadən xəbərinə görə, 1996-cı il təvəllüdlü 23 yaşlı Dadaşova Firuzə Rasim qızı özünü binanın 7-ci mərtəbəsindən yerə atıb. Gənc qadın yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə Yasamal rayon Porokurorluğunun və polis əməkdaşları gəlib. Yasamal rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, mərhumun valideynləri bildirib ki, Firuzənin çalışdığı gözəllik salonunun sahibəsində 1000 manat borcu olub və borc sahibi sonuncu dəfə mərhuma zəng edərək borcu qaytarmayacağı təqdirdə evə polis əməkdaşları ilə gələcəyini bildirib.
Yasamal Rayon polis əməkdaşları gözəllik salonunun hələlik adı məlum olmayan sahibəsinin axtarişi üzrə işə başlayıb.
Oxu24.com
ŞƏRHLƏR