Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123270
az

Sahibə Qafarova ATƏT PA-nın vitse-prezidenti ilə görüşüb

19:1918 Noyabr, 2024
52
CƏMİYYƏT
  • A

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ATƏT PA-nın vitse-prezidenti və iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Pere Joan Pons ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, görüşdə COP29-un və Parlament Görüşünün uğurla təşkili, bu tədbirlər zamanı aparılan müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bütün ölkələr iqlim dəyişikliyindən təsirlənir və onunla mübarizə bütün tərəflərin ümumi səylərini və cəlbini tələb edir. Tərəflər COP29-un iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmağa imkan verəcək mühüm qərarların əldə edilməsi ilə nəticələnəcəyinə inamlarını ifadə ediblər.
İqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlərin önəmli rolunun vurğulandığı söhbət zamanı iki gün davam edən Parlament Görüşündə milli parlamentlərdən, parlamentlərarası təşkilatlardan və digər qurumlardan 90-dan çox nümayəndə heyətinin iştirak etdiyi xatırladılıb. Spiker Sahibə Qafarova qeyd edib ki, bu, bizim bu prosesdə iştirak etmək niyyətimizi göstərir və görüşün sonunda qəbul olunan yekun sənəd ümumi mövqeyimizi əks etdirir.
ATƏT PA-nın vitse-prezidenti belə mötəbər tədbirə uğurla evsahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib. Qonağın fikrincə, iqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməli və bu sahəyə diqqət daha da artmalıdır. O, COP29-da qəbul olunmuş qərarların bütün dünya üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracağına inamını ifadə edib.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verib. Spiker Azərbaycanın torpaqlarının 30 ilə yaxın işğal altında qaldığını, artıq keçmişdə qalmış münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun problemi həll edə bilmədiyini söyləyib. Spiker deyib ki, Azərbaycan bunu öz gücü hesabına özü həll edib. Ona görə də ATƏT-in Minsk qrupu artıq öz aktuallığını itirib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı qarayaxma və təzyiq kampaniyaları həyata keçirilib. Xüsusilə, COP29 ərəfəsində bu cəhdlər daha da artıb.
Söhbət zamanı spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsasında görülən işlər barədə də qonağa məlumat verib. Onun sözlərinə görə, Azərbaycan yaşıl gündəliyi özünün milli inkişaf proqramlarına daxil edib və bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirir.
Görüşdə parlamentlərimizin beynəlxalq əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
3 milyon insana ŞAD XƏBƏR
Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxlanılanlar var

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+