Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123237
az

"Ərdoğanın bu planı Rusiya üçün qəbuledilməzdir" -Kreml

15:1218 Noyabr, 2024
47
DÜNYA
  • A

"Bloomberg"ə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim edəcəyi iddia edilən Ukrayna münaqişəsinin dondurulması planı Rusiyaya uyğun deyil.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Biz "Bloomberg" nəşrinə diqqət yetirdik. Hərbi təmas xəttinin “dondurulması” variantı Rusiya tərəfi üçün apriori qəbuledilməzdir. Prezident Vladimir Putin tərəfindən müəyyən edilmiş şərtlər aktual olaraq qalır. Münaqişəni dayandırmaq üçün bunu etmək lazımdır”, - Kreml sözçüsü bildirib.

Xatırladaq ki, "Bloomberg" mənbələrə istinadən məlumat yaymışdı ki, Ərdoğan Ukrayna lideri Volodimir Zelenskiyə Rusiyaya güzəşt olaraq NATO-ya üzvlüklə bağlı müzakirələri ən azı 10 il təxirə salmağı  təklif etmək niyyətindədir. 

Bundan əlavə, Türkiyənin münaqişəni “dondurmaq” təklifi Donbassda silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur. Ərdoğanın əlavə zəmanət olaraq orada beynəlxalq qoşun yerləşdirməyi və NATO-dan kənarda qalmağa razılıq verdiyinə görə kompensasiya olaraq Qərbin Ukraynaya hərbi təchizat verməsini təklif edəcəyi gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur -VİDEO
Türkiyəli məşhur yazıçı vəfat etdi
5 milyon dollarlıq ev yanıb kül oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu