Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123224
az

Peskov Abxaziyadakı etirazlara münasibət bildirib

13:4918 Noyabr, 2024
63
DÜNYA
  • A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Abxaziyada baş verənlərlə bağlı Kremlin mövqeyindən danışıb.

 

Oxu24.com xəbər verir  ki, “Biz respublikada vəziyyətin tezliklə normallaşmasının tərəfdarıyıq. Biz vəziyyətin konstitusiya çərçivəsində qalmasını istəyirik”, - Kreml sözçüsü bildirib.

 

Peskov həmçinin vurğulayıb ki, Rusiya və Abxaziya arasında ikitərəfli münasibətlər “çox vacibdir” və xarici siyasət prioritetidir.

 

Abxaziyada Moskva və Suxum arasında investisiya sazişi ilə bağlı etirazlar davam edir.

Etirazçılar Rusiya ilə münasibətlərə qarşı olmadıqlarını, lakin rus oliqarxlarının mümkün sui-istifadələrindən narahat olduqlarını bildirirlər. Noyabrın 15-də nümayişçilər hökumət binaları kompleksini ələ keçirərək prezident Aslan Bjaniyanın istefasını tələb ediblər. Buna cavab olaraq hakimiyyət sazişin ratifikasiya layihəsini geri götürməyə söz verib.

Bjaniya hadisələri çevriliş cəhdi kimi səciyyələndirib və istefa verməkdən imtina edib. Bunun əvəzinə o, növbədənkənar seçkilər elan etdi və vitse-prezident Bədr Qunbanı onlar təşkil olunana qədər dövlət başçısı kimi fəaliyyət göstərməyə dəvət etdi. Müxalifət Qunbanı Bjaniyanın komandasının bir hissəsi hesab edərək, bu namizədliyi rədd etdi və prezident postuna namizədlər irəli sürdü: Parlamentin spikeri Laşa Aşuba və ya hər iki tərəfə uyğun gələn kompromis fiqur.

Bundan əvvəl Abxaziya etirazların Rusiya ilə münasibətlərə mənfi təsir etdiyini açıqlamışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Si Cinpini dostum adlandırıb
Türkiyədə günün ikinci hadisəsi- Yaralananlar var
İş adamı Nazim Mövsümov Rusiyada ticarət     kompleksini    aldı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda      "Kia"             qaçırıldı