Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123217
az

Hakerlər ABŞ Konqresinin yazışmalarına giriş əldə ediblər

13:1518 Noyabr, 2024
44
DÜNYA
  • A

Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Fox News məlumat yayıb.

 

Qeyd olunur ki, hakerlər Konqreslə kitabxana işçiləri arasında yanvar-sentyabr aylarında apardıqları yazışmalara giriş əldə ediblər.

 

Fox News bildirir  ki, Konqres Kitabxanası artıq elektron sistemdə haker hücumu üçün istifadə edilən boşluqları aradan qaldırıb. Nümayəndələr Palatasının və Senatın işçiləri də hack barədə məlumatlandırılıblar.

Kitabxana hadisə ilə bağlı polisə müraciət edib. Məlumat sızmasının miqyasının Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən öyrəniləcəyi də qeyd edilir.

Bundan əvvəl “The Washington Post” yazıb ki, çinli hakerlər ABŞ siyasətçilərinin, o cümlədən ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın müşavirlərindən birinin zənglərini ələ keçiriblər. Qeyd edilib ki, hakerlər “Salt Typhoon” qrupu ilə əlaqəlidirlər.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahu Mossad rəhbərini danışıqlara göndərir?
Ərdoğan Türkiyədə terror üzərində mümkün qələbəni açıqlayıb
Bajanov vəfat edib

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb