Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123214
az

Naxçıvanda deputatların maaşı artırıldı

13:3618 Noyabr, 2024
55
İQTİSADİYYAT
  • A

Naxçıvan Ali Məclisinin deputatlarının nə qədər maaş alacağı məlum olub.

Oxu24.com  xəbər verir ki, yeni çağırış deputatların aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək.

Belə ki, əvvəllər Ali Məclisin deputatları məclisin qərarı ilə müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılar.

Yeni qaydalara əsasən, Naxçıvan deputatlarının maaşının məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda qeyd olunub.

Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizini (3163 manat), sədrin müavini 90 faizini (2997), komitə sədri 65 faizini (2164 manat), komitə sədrinin müavini 60 faizi (1998 manat), sıravi deputat isə 50 faizi (1665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.

Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1,5 misli həcmində vəzifə maaşına əlavə alırlar.

Həmçinin, Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət veriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları sonuncu dəfə 2023-cü ildə artırılıb. Belə ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilərək, deputatların əməkhaqqı 950 manat müəyyən edilib. 2023-cü ilə qədər deputatların maaşı 750 manat olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Artımlar özəl sektoru da əhatə edəcək - Vüqar Bayramov
Ukrayna BVF-dən 1,1 milyard dollar alıb
Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi