Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123179
az

Türkiyə Hersoqun təyyarəsinə icazə vermədiyini TƏSDİQLƏDİ

11:0218 Noyabr, 2024
49
SİYASƏT
  • A

Türkiyə İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinin Bakıya səfər üçün ölkənin hava məkanından istifadə etməsinə icazə verilmədiyini təsdiqləyib. 

Oxu24.com xəbər verir ki, bu barədə məlumatı yüksəkvəzifəli rəsmi şəxslərə istinadən “Hürriyet” yayıb. 

Bildirilib ki, İsrail qurumları Bakıda keçirilən COP29 iqlim sammitində iştirakı planlaşdırılan Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadəsi ilə bağlı ölkəyə müraciət edib. 

Bununla belə, İsrailin bu müraciəti Türkiyə tərəfindən rədd edilib. 

Xatırladaq ki, ilk olaraq İsrail mediasında Hersoqun Azərbaycana səfərinin təhlükəsizlik baxımından təxirə salındığı barədə məlumat yayılıb.

Daha sonra isə, Caliber.az İsaak Hersoqun Azərbaycana gəlməməsinin səbəbin tamam başqa müstəvidə olduğunu yazıb. Belə ki, buna səbəbin Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyması olduğu məlum olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan     ABŞ-yə     gedəcək
Fatih Birol “Dostluq” ordeni ilə      təltif      edildi
"Azərbaycanla ilk dövlətlərarası sənədimiz var"- Paşinyan

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi