Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12316
az

Qənirə Paşayeva da qaz limitinin artırılmasını istədi

19:2823 Aprel, 2019
1848
  • A
 Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış edib.

Oxu24.com-un məlumatına görə, millət vəkili qeyd edib ki, xüsusilə kəndlərdə, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar müraciətlərində təbii qaz limitinin artırılması xahişini edirlər.

Q.Paşayeva əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq, onlara verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılmasının çox vacib olduğunu deyib və müvafiq qurumları bu məsələni diqqətdə saxlamağa çağırıb. Q.Paşayeva  həmkarı Fazil Mustafanın bununla bağlı təklifini dəstəklədiyini deyib.

Millət vəkili həmçinin, həmkarı Azay Quliyevin qaldırdığı məsələni dəstəkləyərək deyib ki, işğalçı Ermənistanın BMT-də Azərbaycana qarşı təxribatının qarşısının alınması istiqamətində ciddi addımlar atılmalıdır.

"Belə ki, Ermənistan BMT-yə  təqdim etdiyi illik hesabatında qondarma "dqr”in hesabatını da əlavə edib. Bununla da BMT-nin insan haqları şurası öz nizamnaməsindən kənara çıxıb. Eyni zamanda BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir. Biz BMT-nin Ermənistanın bu təxribatına imkan verməsinə ciddi şəkildə etirazımızı bildirməli və bu təxribatın BMT-nin saytından çıxarılmasına nail olmalıyıq. Həmkarımın da qeyd etdiyi kimi, bu hesabat 6 dildə yayılır və Azərbaycana qarşı bu təxribat bizi ciddi narahat etməlidir. Müvafiq qurumlarımız bu məsələyə ciddi etirazını bildirməli və bu təxribati sənəd BMT-nin saytından çıxaırlmalıdır. Bu bizim üçün hədsiz vacib məsələdir. Biz BMT-nin Ermənistanın təxribatına şərait yaratmasını kəskin qınayır və etirazımızı bildiririk”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müəllimlərin sertifikasiyası hələ də gecikir
Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
Şok iddia: ABŞ indi ona terrorçu kimi baxır

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto