Amerikalı sahibkar İlon Mask Avropanın öldüyünü söyləyib.
OXU24.COM xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.
Mask buna səbəb kimi, Avropadakı aşağı doğum səviyyəsini göstərib.
Milyarder Avropa İttifaqı ölkələrində doğum səviyyəsini göstərən statistik məlumatları belə şərh edib:
"İspaniyada doğum əmsalı 1,16-dır; İtaliyada 1,24; Polşada 1,29; Almaniya və Fransada müvafiq olaraq 1,46 və 1,79 olub. Avropa ölür".
Xatırladaq ki, oktyabr ayında "New York Times" qəzeti milyarderin doğum nisbətinin azalmasından ciddi narahat olduğunu, hətta sperma donoru olmağı düşündüyünü yazıb. Qəzet 11 uşağı olan Maskın övladları və onların anaları ilə birlikdə yaşamaq üçün malikanə aldığını iddia edib.
Sentyabr ayında Mask aşağı doğum səviyyəsi fonunda Aİ-də demoqrafik böhranın qaçılmaz olduğunu açıqlamışdı. 2024-cü ilin əvvəlində iş adamı demoqrafik çöküşün bəşəriyyət üçün ən ciddi təhlükə olduğunu bəyan etmişdi.
Oxu24.com
ŞƏRHLƏR