Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123149
az

Bu şəxslərə 290 manat ödəniləcək

13:3117 Noyabr, 2024
128
CƏMİYYƏT
  • A

Aqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalı əkinlərinə görə, əkin subsidiyası ilə yanaşı məhsul subsidiyası da ala biləcəklər.

Oxu24.com  xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qarğıdalıya görə məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil edəcək. Öz torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.

Buna qədər Azərbaycanda yalnız pambıq, şəkər çuğunduru və tütünə görə məhsul subsidiyası verilirdi. Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ilindən qeyd olunan bitkilərlə yanaşı qarğıdalıya görə də məhsul subsidiyası ödənilməsini qərarlaşdırıb. Şuranın qərarında məhsul subsidiyası ödəniləcək bitkilər siyahısında pambıq, şəkər çuğunduru, tütün və qarğıdalıdan başqa günəbaxan və soyanın da adları var.

Qeyd edək ki, indiyə kimi qarğıdalı əkinlərinə görə yalnız əkin və təkrar əkin subsidiyaları ödənilirdi. 2025-ci təsərrüfat ilində də qarğıdalı əkən fermerlər məhsul subsidiyasından başqa əkin və təkrar əkin subsidiyaları alacaqlar. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı becərilməsinə görə fermerlərə hər hektara görə 290 manat, müasir suvarma sistemləri quraşdırılmamış qarğıdalı sahələrinə görə isə hər hektara 230 manat əkin subsidiyası ödəniləcək. Təkrar qarğıdalı əkinlərinə görə isə fermerlərə hər hektar üçün 120 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rubl neçəyədir?
DYP küləkli hava ilə bağlı yol hərəkəti  iştirakçılarına    müraciət           etdi
Artıq onlayn nikah bağlaya biləcəksiniz!- Video

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Təbriz sakini azərbaycanlı olduğu üçün Ermənistanda döyülüb- VİDEO