Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123139
az

Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşünün ikinci günü başlayıb

11:1217 Noyabr, 2024
64
CƏMİYYƏT
  • A

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü başlayıb.

Oxu24.com  xəbər verir ki, tədbir çərçivəsində "İqlim həssaslığını həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" adlı sessiyası baş tutur.

Bu sessiyada iqlim dəyişikliyinin real həyatdakı təsirləri haqqında əldə edilən məlumatlara əsaslanaraq, bu sessiya parlamentarilərə kiçik ada dövlətləri , dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif ölkələrin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı verəcək.

Bu kontekstlərdə dayanıqlı inkişaf üçün vacib olan təbiət və biomüxtəliflik kimi mühitlərin bəzi mühüm xüsusiyyətlərini və onların iqlim dəyişikliyinin həlli üçün necə qorunub istifadə edilə biləcəyi müzakirə ediləcək.

Sessiya həmçinin iqlim dəyişikliyi ilə bağlı nəsillərarası dialoqu təşviq edəcək.

Qeyd edək ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Məktəblərdə 5 gün dərs olmayacaq
Baş Prokurorluq həkim Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat yayıb
“Azərpoçt” yeni “Mobil POS” xidmətini     istifadəyə       verib