Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123119
az

"Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"

20:2316 Noyabr, 2024
71
MANŞET
  • A

Hər bir dövlətin süni intellekt strategiyası olmalı, bu strategiyada prioritetlər müəyyən edilməlidir.

OXU24.COM  xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov COP29 çərçivəsində təşkil olunmuş "Süni İntellekt: Texnoloji proqnozlaşdırma və rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü" adlı tədbirdə bildirib.

Bundan başqa, o deyib ki, süni intellekt insan müdaxiləsi olmadan qərar qəbul edə bilmir: "Süni intellekt insanın qərar qəbuletmə prosesində komanda üzvü ola bilər, amma onun özü sərbəst fəaliyyət göstərmir. Hazırda süni intellektlə bağlı bir sıra müzakirələr var. Hökumət olaraq biz nə baş verdiyini müşahidə edirik. Hesab edirik ki, süni intellektə nəzarət edilməməlidir. Əgər nəzarət olsa onun inkişafı məhdudlaşar. Biz ölkədə startapların, şirkətlərin, təşkilatların süni intellektə müraciət etməsinin təşviq olunması üçün yollar axtarırıq".

Tədbird iştirak edən "Google" şirkətinin meneceri Olqa Skrokhodova isə bildirib ki, süni intellektdən istifadə ilə yaranan məsuliyyətə də fokuslanmaq lazımdır: "Süni intellektdən yeni istifadə edilir, "Google" isə uzun illərdir ki, mövcuddur. Şirkətimiz süni intellektdən istifadə prinsipləri formalaşdırıb və reallaşdırıb. Həmin prinsiplərə görə, süni intellekt faydalı və sosial yönümlü olmalıdır, istifadəyə verilməmişdən əvvəl test edilməlidir. Şirkətin bu prinsiplərinin necə icra edilməsi monitorinq edilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Laçında ayı bir nəfəri yaraladı, hərbçilər köməyə gəldi -FOTO
ABŞ Ukraynaya icazə verdi: Rusiyanın dərinliyinə zərbə endiriləcək
"Whatsapp"da möhtəşəm YENİLİK

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır