Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Oxu24.com Ermənistan KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, söhbət zamanı Paşinyan Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və Ermənistan-ABŞ münasibətlərinin hazırkı durumu və son illərdə baş verən proseslərlə bağlı təfərrüatları bölüşüb.
Məlumata görə, söhbət zamanı həmçinin regional gündəmdə olan məsələlərə də toxunulub.
Oxu24.com
ŞƏRHLƏR