Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123049
az

Ohanyan, Xaçaturov və Köçəryan barəsindəhəbs qətimkan tədbiri seçildi

14:4515 Noyabr, 2024
42
DÜNYA
  • A

Ermənistanda məhkəmə Seyran Ohanyan, Yuri Xaçaturov və Robert Köçəryanın növbəti iclasda iştirakını təmin etmək məqsədilə onların barəsində həbs qətimkan tədbiri seçib.

Oxu24.com  xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, onlar korrupsiyaya qarşı cinayət işi üzrə məhkəməyə gəlməyiblər. Müdafiəçilərin sözlərinə görə, buna səbəb onların hansı maddə ilə ittiham olunduqları ilə bağlı izahat almamasıdır.

Xatırladaq ki, Kassasiya Məhkəməsi Robert Köçəryan, Yuri Xaçaturov və digərlərinin işinə xitam verilməsi barədə qərarı ləğv edib, işə yenidən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılır.

Xatırladaq ki, 2008-ci ildə Martın 1-də baş vermiş hadisələrə gəlincə, "konstitusiya quruluşunun devrilməsi" işi üzrə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, Ermənistan Respublikasının keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Respublikasının baş nazirinin keçmiş müavini Armen Gevorqyan ittiham edilib. Yuri Xaçaturov və Seyran Ohanyan konstitusiya quruluşunu devirməkdə, Robert Köçəryan konstitusiya quruluşunu alt-üst etməkdə və xüsusilə külli miqdarda rüşvət almaqda, Armen Gevorqyan isə konstitusiya quruluşunu devirməyə kömək etməkdə, xüsusilə külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunublar.

2021-ci ildə isə Konstitusiya Məhkəməsi 300:1 maddəsinin konstitusiyaya zidd olduğu barədə qərar qəbul edib. Bundan sonra 4 təqsirləndirilən şəxsin müdafiəçiləri onlara aid edilən maddənin konstitusiyaya zidd olduğunu nəzərə alaraq, müvəkkillərinə qarşı cinayət təqibinin dayandırılması barədə vəsatət qaldırıblar. Hakim Anna Danibekyan prokurorluğun müttəhimlərə aid edilən əməlin yenidən tövsif oluna biləcəyi barədə iddialarına baxmayaraq, iş üzrə icraata xitam verib. Prokurorluq hakim Anna Danibekyanın bu qərarından apellyasiya şikayəti verib, lakin apellyasiya məhkəməsi xitam qərarını dəyişməz saxlayıb. Bundan sonra baş prokuror Artur Davtyan kassasiya şikayəti verib.  Kassasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriya hava məkanı İran     təyyarələrinə     bağlandı
İstanbul aeroportunda maraqlı hadisə- Video
Əsədin həyat yoldaşı boşanaraq Rusiyanı tərk etmək istəyir

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
TƏBİB-in 131    əməkdaşı    cəzalandırılıb
“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki, yeyib-içəcəyik”- Video