Ucar rayonunda ruhi əsəb xəstəsi zəncirlənərək uzun müddət zirzəmidə saxlanılıb.
Oxu24.com xəbər verir ki, hadisə rayonun Qarabörk kəndi ərazisində baş verib. Əfşan adlı qız qardaşı ruhi-əsəb xəstəsi olan Ilyası uzun müddətdir evin zirzəmisində zəncirdə saxlayıb. Məlumata görə, İlyas uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş.Şahidlərin verdiyi məlumata görə, bacı dəmirdən ibarət qapının arxasında qardaşına yemək,su verirmiş. Həmin şəxsin uzun saqqalı, dırnaqları ətrafdakı insanları vahiməyə salıb.Əldə etdiyimiz məlumata görə, bacı-qardaşın valideynləri vəfat edib. Onların əlavə Əjdər adında başqa bir qardaşı da var.
Aynur Kazımlı
Oxu24.com
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR