Mavi ayaqlı sümsük quşu (lat. Sula nebouxii) – isti tropik dəniz sakinləridir. Təbii məskunlaşma arealları, Sakit okeanın tropik və subtropik məkanlarıdır. Həm də Mərkəzi və Cənubi Amerikanın qərb sahilləri, Peruyla yanaşı, Kaliforniya körfəzində də bu quşları tapmaq mümkündür.
Bu nadir ayaqlı quşları ilk dəfə Qalapaqos adalarında Çarlz Darvin təsnif edib. 1882-ci ildən sonra elmə bu quşların varlığı haqqında məlumatlar daxil olub. Cənnət quşları kimi erkəkləri nikah oyunu zamanı öz gözəlliklərini nümayiş etdirməkdən çəkinmirlər.
Ümumilikdə dünyada təxminən 40 min cüt mavi ayaqlı sümsük quşu var.
Bu quşun ayaqları mavi rəngdə olması ilə yanaşı çox qeyri-adi bir xüsusiyyəti var. Ayaqları həm də çox istidir! O dərəcə də istidir ki, quşa yumurtalarını istilətməyə imkan verir, 39 dərəcəyə qədər istilik saxlaya bilir.
Quşun özü orta ölçülüdür - bədənin uzunluğu 0,7-1,5 kq ağırlığında, boyu 70-90 sm-dir. Dişi quşlar erkən quşlardan daha böyükdür. Sinəsi ağ, qanadları qəhvəyi, başı açıq qəhvəyi rəngli lələklərlə örtülüdür, quyruğu isə ağ qəhvəyidir.
Qruplar şəklində ov edirlər, cütləşdikdən sonra dişi əsasən üç yumurta qoyur. Quşun hətr ikisi də bütün 40 gün ərzində inkubasiya ilə məşğul olurlar. Kiçik və çılpaq cücələr doğulduqda isə bir müddət donmaqdan qorxduqları üçün ana və ya atanın ayaqlarından çıxmırlar. Lakin tezliklə onların kiçik bədənləri tük ilə örtülür və çəkiləri artır. Vaxt keçdikdən sonra tüklər lələklərlə əvəzlənir və artıq 3.5 aylıq müddətdə balalar valideyn sığınacaqlarını tərk edirlər. Onlar 3-4 yaşda cinsi yetkinlik yaşına çatırlar.
ŞƏRHLƏR