Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122950
az

“İrəvanın KTMT ilə bağlı mövqeyi dəyişməyib”

15:4814 Noyabr, 2024
31
DÜNYA
  • A

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib”.

Oxu24.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd olunur ki, Ermənistan hakimiyyəti ölkənin KTMT-dəki üzvlüyünün dondurulduğunu elan etsə də, Rusiyadakı səfiri Qurgen Arsenyan təşkilatdakı həmkarları ilə birlikdə Rusiya xarici işlər naziri ilə görüş keçirib. Arsenyanın iştirakı diqqəti ona yönəldib ki, İrəvan son bir neçə ildə KTMT ilə bağlı bütün tədbirləri bu və ya digər şəkildə boykot edib.

Bu müddət ərzində ölkənin Baş naziri Nikol Paşinyan bir neçə dəfə Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu bəyan edib. Bu ilin sentyabrında o, KTMT-ni Ermənistanın təhlükəsizliyinə təhdid adlandırıb və bəyan edib ki, təşkilatla münasibətlərdə geri dönüş nöqtəsi artıq keçib.

Kreml Paşinyanın bu rezonanslı bəyanatına reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov onun fikirləri ilə razılaşmadığını bildirib və vurğulayıb ki, KTMT-dən heç bir təhlükə yoxdur, əksinə, təşkilat üzv ölkələrin suverenliyini qorumağa çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna rus hərbçilərinə rüşvət veribmiş -FTX
PKK-nın İrandakı lideri    məhv      edildi
Suriyada seçkilər keçiriləcək

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
Moldovada saxlanılan şəxs      Azərbaycana     gətirildi