Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122942
az

"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir"

14:5314 Noyabr, 2024
854
CƏMİYYƏT
  • A

ünya futbolunun canlı əfsanəsi Ronaldinyo Qauşonun COP29-la əlaqədar Bakıya gəlişi çoxları tərəfindən müsbət qarşılansa da, müzakirəsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrdə məsələyə fərqli aspektdən yanaşanlar futbolçunun gəlişi üçün xeyli vəsait xərcləndiyini, ona ayrılan pulun sosial sahəyə yönəltmək lazım olduğunu bildiriblər.  

Milli Məclisin deputat Fazil Mustafa isə Pravda.az-a açıqlamasında deyib ki, bu, insanların mahiyyətcə nə istədiklərini özlərinin də müəyyənləşdirə bilməmələrindən qaynaqlanır. 

“Təbii ki, sosial vəziyyəti ağır, narazı, problemləri olan insanlar bütün sahələrdə belə çağırışlar edirlər. Hətta Ermənistanla müharibə apardığımız dövrdə silah alınanda da kimlərsə deyirdi ki, silaha xərclədiyiniz pulu sosial müadifəyə verərdiniz, yaxud hərəyə 100 manat pul paylayardınız. Məsələyə ümumilikdə dövlət, millət, vətənin təhlükəsizliyi kontekstindən baxılmır. İndi də Ronaldinyonun COP29-a gəlişinə baxış belədir. Dövlətin ümumi maraqları baxımından yanaşılmır. Onlar üçün dövlət ancaq pul paylamaq, ya da vətəndaşın problemlərini həll etmək üçün bir vasitədir. Bizim kimi kiçik dövlətlər həm də beynəlxalq səviyyədə təhlükəsizliyini təmin etmədən öz vətəndaşına yönəlik bütün öhdəlikləri yerinə yetirmək imkanına sahib olmur. Bir çox hallarda  dünyada dövlətlər terrorizmlə mübarizəyə də pul xərcləməlidir, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında humanitar fəaliyyətdə iştirak edən dövlət kimi hansısa ölkələrə donor olaraq dəstək də verməlidir. Zəlzələ olubsa, humanitar aksiya varsa, bu aksiyada da iştirak etməlidir. Onda hansısa təbii fəlakət nəticəsində qardaş, yaxın ölkələrə yardım əli uzadırıqsa, ərzaq yardımı göstəririksə, həmin insanlar deməlidirlər ki, o yardımı da bizə paylayın? Yəni bu, məntiqlə anlaşılan deyil. İndi dünya şöhrətli bir futbolçunun ölkəyə gəlişi ilə onu təqib edən insanların ölkə haqqında təsəvvürləri formalaşır, ölkəyə gəlmək istəkləri yaranır. Bu, turizm potensialının inkişafı baxımından olduqca vacibdir. Dünyada turizmə milyonlarla pul xərclənir. Hansısa beynəlxlaq kanalda, təbii ki, pul verib reklam yerləşdirirsən. Onda deyilməlidir ki, reklama pul verincə o pulu bizə xərcləyin, sosial təminatımızı həyata keçirin? Dövlət bunu da etməlidir. Sosial müdafiə ilə bağlı xərclər ilbəil artırılır. Müəyyən çatışmazlıqlar da var, yetərli deyil. Bununla belə, dövlətin öz imicini düşünərək addımlar atmasını sağlam düşüncəli vətəndaş heç vaxt qınaqla qarşılamaz. Bu, olduqca önəmlidir. Biz həm Rusiya ilə normal münasibət saxlayırıq, həm də Ukraynaya humanitar yardım edirik. Kimsə deyə bilər ki, Rusiya ilə münasibəti kəsin, ancaq Ukraynaya yardım edin. Dövlətin taleyini bu rəylə çözmək olmaz. Dövlət öz işinə baxmalıdır. İmici, təbliğatı üçün faydalı olan nə varsa, onu hər zaman gündəmdə saxlamalıdır. Belə məsələlərdə elə addımlar atmalıyıq ki, xüsusi olaraq qaralama kampaniyasını həyata keçirənlərin niyyəti baş tutmasın. Bilirəm ki, çox adam sevinir ki, sosial şəbəkədə COP29-u boykot etdi. Bəlkə, elə bilirlər ki, COP29-u boykot etmək kimlərinsə azadlığa çıxmasının bir əsası olacaq? Boykot edənin öz marağı var. Məsələn, Norveç neft ölkəsi kimi rəqabət halındadır. Azərbaycanın boykot olunması onun üçün faydalıdır. Fransanın da erməni marağı var, buna görə də boykot etməlidir ki, ermənilərin arzuladıqları auranı yarada bilsin. Ermənistan COP29-a gəlmədi. Bunun səbəbi sonradan aydın olar. Ermənistan istəmir ki, Azərbaycan iqlim dəyişikləri ilə bağlı dünya səviyyəli tədbirə ev sahibliyi etsin. Axı bu həm də Azərbaycanın nüfuzudur. BMT-nin baş katibi gəlib Azərbaycanda çıxış edir. Dünyanın əksər ölkələrinin dövlət başçıları, hökumət nümayəndələri Bakıda mövqe sərgiləyirlər. Bunun Ermənistana nə faydası ola bilər? Əksinə, Ermənistan üçün bu, dövlət olaraq Azərbaycanda avantajı itirmək deməkdir”, - o bildirib. 

F.Mustafa deyib ki, Azərbaycan cəmiyyətində Ermənistanın düşündüyü kimi düşünən bir kəsim var: “Düşünürlər ki, ölkənin imicinə, reytinqinə - heç nəyə ehtiyac yoxdur. Ancaq deyirlər, “yol bağlıdır, mən gedə bilmirəm...” Başa düşürük, yolun açıq olmasını hamı istəyir. Axı iki-üç günlük çətinlikdir. Müharibə olub, hamımız müharibənin qürurunu yaşayırıq. Müharibənin acısını yaşayan 2-3 min ailə var. Övladı qazi, şəhid olmuş ailə. Baxsan, bunu deyənlər heç şəhidə diqqət yetirmir, acısını yaşamır, ancaq qarınlarını düşünürlər. Onda necə edək? Vətəni azad etmək ancaq şəhidin borcudur? Yüzlərlə adam övladını hərbi əməliyyatdan gizlətdi. Müəyyən adamlar tamamilə kənara çəkildi. Yüzlərlə iş adamı isə ərzaq, əsgərə paltar daşıdı. Mühakiməni daha çox kimin üzərində qurmalıyıq? Bu Vətənin, dövlətin mahiyyətini anlayanlar üzərində. Anlamayana onsuz da yükdür. Ağzını açıb deyir ki, mədəmi doldur. Heç bir fədəkarlıq etmirəm, fayda vermirəm, iş görmürəm, amma məni yaşatmalısan, bu, dövlət olaraq borcundur. Bu sanki 6-7 uşaq doğub, amma sabah bu uşaqları necə yaşadacaqları barədə düşünməyən bir ailə modelinə bənzəyir. Sonra da hamısı deyir ki, bu uşaqları yaşatmalısan. Birinci növbədə özünü qabiliyyətinə görə işlə təmin etməli, fədəkarlıq göstərməlisən ki, sabah ailəni ayaqda tuta biləsən. Hər bir işin məsuliyyət tərəfi var. Təəssüf ki, bizdə məsuliyyət tərəfi düşünülmədiyinə görə insanlar deyirlər, “Ronaldinyo gəlib”. Nə olsun? Bir Ronaldinyonun gəlişi gələcəkdə 10 min turistin Azərbaycana gəlişi deməkdir. Bu isə Azərbaycan büdcəsinə vəsait daxil olması, Azərbaycanın reklamı deməkdir. Hər şey dolayı yolla bir-biri ilə əlaqəlidir. Məsələn, bir Məsud Özilin gəlişi Azərbaycanda uşaqlarda futbolla bağlı böyük motivasiya yaratdı. Təbii ki, özümüzdə bunu əngəlləyən, inkişaf etməyə qoymayan amillər, yerində olmayan adamların idarəçiliyi var. Bu heç. Axı biz çalışmalıyıq ki, Azərbaycan insanı stimullaşdırıcı variantların hamısından istifadə edə bilsin, dövlətin də maraqlarını unutmasın”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Bakıya sulu qar yağacaq -PROQNOZ
Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ -Bu vəziyyətə düşmə ehtimalı çoxdur
Prezidentdən kəndliləri sevindirəcək FƏRMAN

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi