Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122941
az

“Nazirlər Bəyannaməsi” imzalandı- Fotolar

14:5214 Noyabr, 2024
15
CƏMİYYƏT
  • A

COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü “Nazirlər Bəyannaməsi”nin imzalanması ilə yekunlaşıb.

Ekologiya Nazirliyindən  verilən məlumata görə, 2024-cü ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Görüşdə ətraf mühit sahəsində ortaq çağırışların həllinə nail olmaq üçün fikir mübadiləsi aparılıb, dayanaqlı inkişafı təşviq edən önəmli addımların vacibliyi, regional və beynəlxalq ekoloji problemlərin həllində birgə yanaşmanın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, TDT-yə üzv dövlətlər birgə mövqe və ortaq fəaliyyət planı yaratmaq istiqamətində perspektivləri müəyyənləşdiriblər.

Tərəflər dayanıqlı və davamlı gələcək naminə aktiv əməkdaşlığın davam etdirilməsi niyyətlərini ifadə ediblər.

Ətraf mühit və dayanıqlı inkişaf sahəsində COP29-da səslənən planetar çağırışların və təşəbbüslərin həlli istiqamətində TDT tərəfindən birgə fəaliyyət haqqında "Nazirlər Bəyannaməsi”nin Bakıda imzalanması COP29-a ev sahibliyi edən Azərbaycanın beynəlxalq və regional səviyyədəki liderliyini daha da möhkəmləndirir.

COP29 çərçivəsində keçirilən görüşdə TDT-yə üzv dövlətlərin-Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ekologiya və təbii sərvətlər nazirləri, həmçinin TDT-nin Baş Katibi iştirak edib.

 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

33 ilin direktoru işdən azad edildi
Avtomobil yük maşını ilə toqquşdu: ölən var
“Axır vaxtlar bir az emosional olmuşam” - Azər Bağırov

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi