Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122932
az

COP29-da Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq

13:3014 Noyabr, 2024
48
CƏMİYYƏT
  • A

Noyabrın 20-də COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Oxu24.com   Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirin məqsədi ölkələri Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasına təşviq etməkdir.

Tədbirdə yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr, innovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu, həmçinin enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri müzakirə olunacaq.

Müzakirələr arasında dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu, nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları, həmçinin Çoxtərəfli İnkişaf Banklarının dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin inkişafında rolu barədə mövzular da var.

Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki uşaq anası dəm qazından boğulub öldü
Pensiya alanlara ŞAD XƏBƏR -Gələn ay artımla veriləcək
Bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB