Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122886
az

"Toyuq birinci yaranıb, ya yumurta?" - SİRR BİLİNDİ

10:0014 Noyabr, 2024
49
CƏMİYYƏT
  • A

Cenevrə Universitetinin isveçrəli alimləri Yer kürəsində təkhüceyrəli həyatdan çoxhüceyrəli orqanizmlərə keçidin ilk dəfə nə vaxt baş verdiyini aşkar ediblər.

OXU24.COM  bildirir ki, araşdırma "Nature" elmi jurnalında dərc olunub.

Bu, bizə təkamül nöqteyi-nəzərindən "Toyuq birinci yaranıb, yoxsa yumurta?" paradoksuna cavab verməyə imkan verir.

Komanda 2017-ci ildə Havay sahillərində dəniz çöküntülərində kəşf edilmiş birhüceyrəli orqanizm olan "Chromosphaera perkinsii"ni tədqiq edib. Bu canlıların yer üzündə mövcudluğunun ilk əlamətləri bir milyard ildən çox əvvələ, heyvanların meydana çıxmasından çox əvvələ təsadüf edir.

Tədqiqatçılar kəşf ediblər ki, "Chromosphaera perkinsii" çoxhüceyrəli strukturlar əmələ gətirə bilir.

Daha da təəccüblü olanı isə bu hüceyrələrin bölünmə tərzinin və qəbul etdikləri üç ölçülü quruluşun heyvanların embrion inkişafının ilk mərhələləri ilə çox oxşar olmasıdır.

Müşahidələr onu deməyə əsas verir ki, rüşeym inkişafı üçün məsul olan genetik proqramlar heyvan həyatının yaranmasından əvvəl artıq mövcud olub və ya C. perkinsii oxşar prosesləri inkişaf etdirmək üçün müstəqil təkamül keçirib.

"Buna görə də, təbiət "toyuqları yaratmazdan" çox əvvəl "yumurta yaratmaq" üçün genetik vasitələrə sahibdir", - deyə alimlər qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin yeni deputatları hansı dilləri bilirlər?
Bal adı ilə satılan şərbətlər - ayırd etmək üçün ən etibarlı üsullar
Babəkin məzarını tapmaq üzrədir - FOTOlar

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı