Britaniyanın “The Guardian” qəzeti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müttəfiqi, amerikalı milyarder İlon Maska məxsus "X" sosial şəbəkəsində paylaşım etməyəcəyini bəyan edib.
OXU24.COM xəbər verir ki, qəzetin mövzu ilə bağlı açıqlamasında deyilir:
"Biz inanırıq ki, indi "X"də olmağın mənfi cəhətləri faydalarından daha çoxdur".
"The Guardian" redaktorları platformadakı həddindən artıq sağçı fikirlərdən və irqçilik də daxil olmaqla təbliğ edilən narahatedici məzmundan narahat olduqlarıını bildiriblər.
Onlar ABŞ seçki kampaniyasının "X"in “zəhərli media platforması” olduğunu bir daha üzə çıxardığını vurğulayıblar.
Oxu24.com
ŞƏRHLƏR