Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122831
az

Azərbaycan və Ermənistan sülh sazişinin mətninigələn ay müzakirə edəcək

14:3213 Noyabr, 2024
53
SİYASƏT
  • A

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Kazanda keçirilən BRICS sammitində görüşü danışıqların davam etdirilməsi üçün müsbət impulslar yaradıb.

Oxu24.com  xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib.

O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bildirib: “Cənab Prezident ilə Ermənistanın baş naziri arasında Kazanda çox səmərəli görüş oldu. Bizim niyyətimiz bu impulslar əsasında danışıqları davam etdirməkdir”. Prezidentin köməkçisi onu da qeyd edib ki, Azərbaycan və Ermənistan gələn ay sülh sazişinin mətninin müzakirəsinə davam edəcəklər.

“Hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP29 konfransıdır. Yəqin ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”, - deyə Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisinin sözlərinə görə, sənədin mətni ilə bağlı müəyyən suallar var. “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki erməni tərəfi sülh sazişinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Beləliklə, biz bu kontekstdə prosesin gecikdiyini hiss edirik. Şübhəsiz ki, dekabr ayından etibarən yeni proses olacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya XİN-dən Zəngəzur dəhlizi ilə     bağlı    AÇIQLAMA
Ceyhun Bayramov Gürcüstanın XİN     rəhbərini    qarşıladı
Kobaxidze      Azərbaycana       gəlir

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi