Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122817
az

Qazaxıstan sahillərində ilk dəfə mindən çox ölü suiti tapılıb

13:4113 Noyabr, 2024
30
DÜNYA
  • A

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahillərində mindən çox ölü suiti aşkarlanıb.

Oxu24.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində ölkənin Hidrobiologiya və Ekologiya İnstitutunun direktoru Mirqali Baymukanov bildirib.

Onun sözlərinə görə, mütəxəssislər ilk dəfədir ki, bu qədər ölü suiti qeydə alıblar. Hazırda alimlər suitilərin kütləvi tələf olma səbəbini müəyyənləşdirirlər: “Ola bilsin ki, bu hal davam edəcək. Sentyabrın sonundan indiyədək suitilər aşkar edilib. Heyvanların ölüm səbəblərini hələ də dəqiq açıqlamaq mümkün deyil. Tələfatın səbəbini tapmaq üçün çoxlu sayda tədqiqatlar aparmaq lazımdır. Bunun səbəbləri çirklənmə, seysmik fəaliyyət şəklində təbii fəlakətlər ola bilər. Heyvanlarda ölümlə nəticələnə biləcək virusların olub-olmadığını öyrənəcək virusoloqlar da öz sözünü deməlidirlər”.

O qeyd edib ki, ölmüş suitilərin kiçik bir hissəsində zədələnmə əlamətləri var, lakin mütəxəssisin fikrincə, bu, ölüm səbəbləri barədə nəticə çıxarmağa əsas vermir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan      Misirə      getdi
"Ermənistan ordusu dəyişməlidir"- Paşinyan
Almaniya ölkəni Avropa İttifaqından     çıxmağa    çağırır

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
"Limonçik" ilə maşın nömrələri oğurlayanlar saxlanıldı-FOTOLAR