Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122781
az

“Bakının təmizliyi və gözəlliyi məni valeh etdi”- Tokionun qubernatoru

11:5013 Noyabr, 2024
28
  • A

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizə səfərə gələn Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru xanım Yuriko Koike Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.

Oxu24.com  xəbər verir ki, xanım Yuriko Koike Bakının təmizliyi və gözəlliyinin onu valeh etdiyini vurğulayaraq, Azərbaycanda olmağından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib.

Qonaq həmçinin, Azərbaycanın və Bakı şəhərinin son illərdə sürətlə inkişaf etdiyini xüsusilə qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaponiya nümayəndə heyətinin Bakıda olduğundan məmnunluğunu ifadə edərək paytaxt Bakı şəhəri barədə məlumat verib. O bildirib ki, bu gün Bakı və regionların inkişafı ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

Daha sonra hər iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul edib
Paşinyan     ABŞ-yə     gedəcək
Fatih Birol “Dostluq” ordeni ilə      təltif      edildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi